Bu gün Topaz Premyer Liqasında mövsümün ikinci hissəsinə start verilib. Olimpnews.az saytının məlumatına görə, qış fasiləsindən sonra yenidən başlayan çempionatın 19-cu turunun oyunları iki gün ərzində keçiriləcək.
İlk oyun günündə azarkeşlər iki matç izləyiblər. Turun açılış matçında "Kəpəz” doğma azarkeşlər önündə "Qəbələ” klubunu sınağa çəkib. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən matç onların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci matçı isə paytaxtda təşkil olunub. "Neftçi” evdə "Sumqayıt” klubu ilə qarşılaşıb. Oyunun taleyini 1 qol həll edib. Yeganə qol meydan sahiblərindən gəlib. Oyunun 55-ci dəqiqəsində Ruslan Qurbanov vurduğu qol "ağ-qaralar"a 3 xal qazandırıb.
Topaz Premyer Liqası
XIX tur
30 yanvar (şənbə)
"Kəpəz” – "Qəbələ” - 3:0
Qollar: Julien Ebah, 26, 75, Namiq Ələsgərov, 57
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Ziya Nəsirov
Mövsümün ilk yarısındakı oyunlar: 0:1, 2:1
Gəncə. Şəhər stadionu
"Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 7. Junior Osvaldo, 9. Namiq Ələsgərov, 80. Tural Rzayev, 90. Julien Ebah
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 15. Azad Kərimov, 27. Bəxtiyar Soltanov, 4. Elvin Cəbrayıllı, 21. Xəzər Qəribov, 99. Əli Səmədov, 6. Ceyhun Cavadov
Baş məşqçi: Şahin Diniyev
"Qəbələ”: 1. Andrey Popoviç, 3. Voislav Stankoviç, 6. Rəşad Sadiqov, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 10. Dodo (k), 18. Vadim Abdullayev, 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 44. Rafael Santos
Ehtiyat oyunçular: 22. Dmitri Bezatosni, 15. Vitali Vernidub, 20. Rikardinyo, 25. Qismət Alıyev, 32. Rəşad Eyubov, 34. Urfan Abbasov, 69. Aleksey Antonov
Baş məşqçi: Roman Qriqorçuk
Mövsümün ilk hissəsindəki oyunlar - 0:1, 2:1
"Neftçi” – "Sumqayıt” - 1:0
Qol: Ruslan Qurbanov, 55
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev
Bakı. 8-ci km qəsəbə stadionu
"Neftçi”:1. Aqil Məmmədov, 3. Filyo Jairo Rodriges, 5. Xuan Alberto Melli, 7. Araz Abdullayev (k), 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 17. Rəhman Hacıyev, 20. Salas Quinta Antonio, 26. Kamal Qurbanov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 14. Məhəmməd Qurbanov, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 61. Təyyar Məmmədov
Baş məşqçi: Əsgər Abdullayev
"Sumqayıt”:1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad-Azad, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 8. Nicat Muxtarov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 29. Amil Yunanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
Mövsümün ilk hissəsindəki oyunlar - 2:1, 2:1