"Neftçi” qış fasiləsində ilk transferini gerçəkləşdirib. Olimpnews.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "ağ-qaralar” Azərbaycan yığmasının üzvü Elşən Rzazadə ilə müqavilə bağlayıb.
Yarımmüdafiəçi növbəti 1 il 6 ay müddətində paytaxt təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Elşən Rzazadə bunadək "Bakı” və "Xəzər Lənkəran” klublarında çıxış edib. 22 yaşlı futbolçu milli komandamızın Moldova yığması ilə son oyununda meydana çıxıb.