İki məmur arasında dava düşdü

İki məmur arasında dava düşdü


FİFA prezidentliyinə namizəd Jerom Şampan Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrea ilə dalaşıb.

Xarici mətbuatın yazdığına görə, tərəflər arasında dava-dalaş Paris restoranlarından birində baş verib. Şampan Noeli nahar yeməyinə dəvət edib. O, federasiya rəhbərindən seçkilərdə ona səs verməsini xahiş edib.

Noel isə UEFA-nın dəstəklədiyi namizədə - İnfantinoya səs verəcəyini bildirib. Nəticədə, Şampan prezidenti Fransa siyasətçiləri vasitəsiylə təhdid edib. Bundan əsəbiləşən Noel Şampanı təhqir edərək, restoranı tərk edib.

Şampan mətbuata verdiyi açıqlamada məlumatı təsdiqləyib.