2014/15-ci illər mövsümündə daha çox qol vuran "Real”ın futbolçusu Kriştianu Ronaldo 4-cü dəfə "Qızıl buts” mükafatına sahib çıxdı. Olimpnews.az saytının məlumatına görə, o, daha əvvəl 3 dəfə bu mükafata layiq görülmüşdü. 2008-ci ildə "Mançester Yunayted”in heyətində, 2011 və 2014-cü illərdə isə Madrid "Real”ında çıxış edən portuqaliyalı futbolçuya "Qızıl buts” təqdim olunmuşdu.
Bəs görəsən, 2015-16-cı illər mövsümündə "Qızıl buts” kimə çatacaq?
Məlumat üçün bildərək ki, 1997-ci ildən etibarən vurulan qolların hesablanma sistemində dəyişiklik edilib: reytinq üzrə ən güclü 5 çempionatda (Almaniya, İngiltərə, İspaniya, İtaliya, Fransa) vurulan qollara iki, 5-16-cı yerlərdə qərarlaşan çempionatlardakı qollara 1.5, qalanlarına 1 xal verilir.
Hazırda Avropanın bütün liqalarında məhsuldarlıq nümayiş etdirən futbolçuların siyahısı belədir.
Qonsalo İquain ("Napoli”) - 20 qol, 40 xal
Luis Suarez ("Barselona”) - 18 qol, 36 xal
Pyer-Emerik Obameyanq ("Borussiya D.”) - 18 qol, 36 xal
Aleks Teyşeyra ("Şaxtyor”) - 22 qol, 33 xal
Nemanya Nikoliç ("Legiya”) - 22 qol, 33 xal
Kristiano Ronaldo ("Real”) - 16 qol, 32 xal
Neymar ("Barselona”) - 16 qol, 32 xal
Kərim Benzema ("Real”) - 16 qol, 32 xal
Robert Levandovski ("Bavariya”) - 15 qol, 30 xal
Ceymi Vardi ("Lester”) - 15 qol, 30 xal
Romelu Lukaku ("Everton”) - 15 qol, 30 xal
Eran Zahavi ("Makkabi Təl-Əviv”) - 20 qol, 30 xal
Yeri gəlmişkən deyək ki, adı "Qızıl buts” mükafatına namizədlərin siyahısında olmayan Leonel Messi qalmaqlla üzləşib.
İspaniyanın "Barselona” klubunun və Argentina yığmasının ulduz futbolçusu vergi ödəməkdən yayındığına görə məhkəmə qarşısında dayanmalı olacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Məhkəmə iclası mayın 31-də Barselonada keçiriləcək.
Xatırladaq ki, İspaniya prokurorluğu hələ 2013-cü ildə Lionel Messi və onun atası Xorxe Orasio Messiyə qarşı vergidən 4,1 milyon avro vəsaiti yayındırmaq barədə iddia qaldırmışdı.