Səlahət Ağayevin 100-cü oyunu

Səlahət Ağayevin 100-cü oyunu

Azərbaycan milli komandasının futbolçusu Səlahət Ağayev Topaz Premyer Liqasında 100-cü oyununu keçirib. Olimpnews.az saytının məlumatına görə, 3 ildən sonra yenidən "Sumqayıt”da forma geyinən qapıçının yubiley matçı XIX turun "Neftçi” ilə qarşılaşmasına təsadüf edib. Komandasının 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmada buraxılan top qolkiper üçün 90-cı belə qol olub.

Qeyd edək ki, Premyer Liqada 2010/11-ci illər mövsümündən çıxış edən Ağayev "100”ə 3 komandanın heyətində çatıb. Debüt etdiyi MOİK-də 8 matçda 8 top buraxan əlcək sahibi "Sumqayıt”dakı 24-cü görüşdə 24-cü dəfə qapısında qol görüb. Daha çox "İnter”də çıxış edən Səlahət bu klubda 68 matçda 49 qola üzülüb.