Bakı şəhər kənd və qəsəbələrin 16 yaşından yuxarı həvəskar futbolçular arasında qış və yaz birinciliyinin 4-cü turu keçirilib.
Olimpnews.az saytının məlumatına görə, ilk oyun günü "Qobustan” "Ələt” klubunu sınağa çəkib. Matçda qobustanlılar böyük hesabla qələbə qazanıblar - 5:1. "Sabunçu” doğma azarkeşlər önündə "Gənclik” komandası ilə münasibətlərinə aydınlıq gətirib. Oyun qonaqların 2:4 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər matçında "Atəşgah” və "Rabotniçki” komandaları üz-üzə gəliblər. Lakin matç sonadək davam etdirilməyib və baş hakim futbolçuları vaxtından əvvəl soyunub-geyinmə otağına yollayıb. Turnirin təşkilatçıları bu matçla bağlı son qərarlarını yaxın günlərdə açıqlayacaqlar.
Yanvarın 30-da "Qobustan” klubu ehtiyatda olan matçına çıxıb. Onlar "Balaxanı” klubu ilə qarşılaşıblar. Matçda nə az, nə çox, düz 18 qol vurulub. "Qobustan” futbolçuları rəqib qapısından 18 cavabsız top keçiriblər. Bu qələbə qobustanlıları vahid liderliyə yüksəldib.
Qeyd edək ki, AFFA, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Kəndlər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə 8 komanda qalib adı uğrunda mübarizə aparırlar.
27 yanvar
"Qobustan” - "Ələt” - 5:1
28 yanvar
"Sabunçu” - "Gənclik” - 2:4
30 yanvar
"Qobustan” - "Balaxanı” - 18:0
31 yanvar
"Atəşgah” - "Rabotniçki” - oyun yarımçıq dayandırılıb.