Avropa çempionatında rəqiblərimizin heyəti məlum oldu

Avropa çempionatında rəqiblərimizin heyəti məlum oldu
Serbiyanın paytaxtı Belqradda futzal üzrə keçirilən Avropa çempionatında Azərbaycan yığmasının rəqibləri olan İtaliya və Çexiya bu turnir üçün yekun heyətlərini açıqlayıb.

Olimpnews.az saytının məlumatına görə, D qrupunda mübarizəyə qoşulacaq futzal üzrə Azərbaycan millisi çempionatda ilk oyununu bu gün İtaliya yığmasına qarşı keçirəcək. İtaliya yığmasının heyətində Roberto Menikelli, Stefano Mammarella, Mikele Miarelli, Marko Erkolessi, Qabriel Lima, Sercio Romano, Luka Lecero, Aleks Merlim, Daniel Casson, Murilo, Umberto Onorio, Massimo de Luka, Alessanro Patias, Fortino, Mauro Kanal yer alıblar.

Millimizin çempionatdakı digər rəqibi olan Çexiyanın isə iştirak ərizəsi isə belədir: Tomaş Nyumann, Libor Herçak, Andrey Vahala, David Çupak, Jiri Novotnı, Viteslav Hryubu, Miçal Holi, Miçal Kovaç, Yan Yanovski, Radim Zaruba, Tomaş Kudelka, Lukaş Resetar, Matey Slovaçek, Miçal Seydler, Marçek Roder. Bu qarşılaşma isə fevralın 5-də baş tutacaq.

Qeyd edək ki, hər iki qarşılaşma yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) başlayacaq.