Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsində ilk tura yekun vurulacaq. Olimpnews.az saytının məlumatına görə, turun son matçı D qrupunda olacaq.
Tarixində 4-cü dəfə qitə çempionatının final mərhələsində çıxış edən Azərbaycan millisi Serbiyada təşkil olunan yarışda ilk sınağına çıxacaq. Komandamız son çempion İtaliya ilə üz-üzə gələcək.
Qeyd edək ki, D qrupunda Azərbaycan və İtaliya yığmaları ilə yanaşı, Çexiya millisi də mübarizə aparır.
Futzal üzrə Avropa çempionatı
I tur
D qrupu
3 fevral
00:00. İtaliya – Azərbaycan
Hakimlər: Mark Birkett (İngiltərə), Oleq İvanov (Rusiya)
"Belqrad Arena”