İspaniya kubokunun finalı harada keçiriləcək?

İspaniya kubokunun finalı harada keçiriləcək?



"Barselona” futbol klubu İspaniya hökumətinə yeni təkliflə müraciət edəcək.
Təklif Kral kuboku yarışlarının final matçının məhz Madridin "Real” klubunun meydanı olan "Santyaqo Bernabeu”da baş tutması ilə bağlıdır.
Qeyd edək ki, Katalon klubu yarımfinalda "Valensiya”nı 7:0 məğlub etməklə faktiki olaraq artıq finala çıxışını sığortalayıb. "Real” isə cari mövsümün onaltıdabir final mərhələsində cəzalı Denis Çerişevin adını iştirakçı ərizəsinə daxil etdiyinə görə, kubok yarışından kənarda qalıb.