Hollivud ulduzu klub prezidenti olub

Hollivud ulduzu klub prezidenti olub



Hollivud ulduzu Naomi Vatts Uelsdə klub prezidenti olub.
47 yaşlı gözəl aktrisa "Qlantraet" klubuna rəhbərlik edəcək.
Klubun mətbuat katibi Stan Strikland Vattsla anlaşdıqlarını elan edib: "Bu, bizim üçün qürurverici hadisədir. Yaxın günlərdə o, klubu ziyarət edəcək və matçı izləyəcək".
Qeyd edək ki, Naomi Vatts 28 sentyabr, 1968-ci ildə İngiltərənin Kent şəhərində doğulub. Avstraliya əsilli aktrisa 7 yaşında atasını itirib. Bundan sonra anası ilə birlikdə Şimali Uelsə köçüb. 1982-ci ildə ailəsi ilə birlikdə Sidneyə gedərək Avstraliya vətəndaşlığını qəbul edib. İndiyədək Avstraliyada və "Hollywood"da çox sayda filmə çəkidən aktrisa çox sayda mükafat alıb.
Qeyd edək ki, "Qlantraet" klubu 1984-cü ildə yaradılıb. Klub Uelsin 1-ci liqasında çıxış edir.