Növbəti mərhələdəki rəqibimiz ruslardır
Futzal üzrə Avropa çempionatının final mərhələsinə start verilib. Olimpnews.az saytının məlumatına görə, Serbiyada keçirilən yubiley - 10-cu qitə çempionatında 12 ən güclü komanda mübarizə aparır. Fevralın 13-dək davam edəcək yarış iştirakçıları Belqradda münasibətlərini aydınlaşdırırlar. Mükafatlar uğrunda indiyədək çempionluq sevinci yaşamış hər üç komanda da mübarizə aparır. İspaniya 7-ci, İtaliya 3-cü, Rusiya 2-ci dəfə qızıl medallara yiyələnmək əzmindədir. Son çempion olan appeninlilər həm də titulunu qorumağa çalışır.
Futzal üzrə Avropa çempionatı
D qrupu
I tur
İtaliya - Azərbaycan - 3:0
Qollar: Merlim, 20, 21, Romano, 29.
Qırmızı vərəqə: Amadeu, 19 (ikinci sarı).
Hakimlər: Mark Birkett (İngiltərə), Oleq İvanov (Rusiya).
3 fevral. Belqrad. "Belqrad Arena”.
Tarixində 4-cü dəfə qitə çempionatının final mərhələsində çıxış edən Azərbaycan millisi Serbiyada təşkil olunan yarışda ilk sınağına çıxıb. Komandamız son çempion İtaliya yığması ilə qarşılaşıb. İki il əvvəl italiyanlara qrup oyununda 0:7 hesabı ilə uduzan yığmamız bu dəfə həmin məğlubiyyətin revanşını ala bilməyib.
Matça yaxşı başlayan tərəflər ilk hissənin 20-ci dəqiqəsinə kimi qarşılıqlı hücumlar etsələr də, tarazlıq pozulmayıb. Ancaq millimizin üzvü Amadeunun qarşılaşmanın 19-cu dəqiqəsində ikinci sarı vərəqə ilə oyundan kənarlaşdırılması appeninlilərin «əl-qolunu» açıb. Belə ki, say üstünlüyündən istifadə edən rəqib matçın 20-ci dəqiqəsində hesabı açıb. Merlimin uzaq küncə ünvanladığı top qapıçımız Rövşən Hüseynli üçün əlçatmaz olub. İlk hissə bu hesabla başa çatıb.
Sonuncu Avropa çempionları ikinci hissəyə də qolla başlayıblar. Yenə Merlim fərqlənib. Bu qoldan sonra millimiz bir neçə dəfə qola yaxın olsa da, son anda müxtəlif səbəblərdən arzu reallaşmayıb. Əvəzində italyanlar oyunun 29-cu dəqiqəsində daha bir dəfə fərqlənərək, hesabı 3 topa çatdırıblar. Oyun rəqibin 0:3 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ilk turda bizim üçün ürəkaçan xəbər qapıçımızla bağlı olub. Belə ki, Rövşən Hüseynlinin qurtarışları sadəcə, göz oxşayıb. Təsadüfi deyil ki, gənc qapıçımız etdiyi 15 "seyv”lə final mərhələsində rekord vurub.
II tur
Azərbaycan - Çexiya - 6:5
Qollar: Rizvan Fərzəliyev, 6, Vitali Borisov, 7, Fieo, 11, Eduardo, 20, Avqusto, 27, Rafael, 40 - Zaruba, 9, Xoli, 12, Reşetar, 16, Novotni, 24, Kovaç, 31.
Hakimlər: Admir Zahoviç (Sloveniya), Gerald Bauernfelnd (Avstriya).
5 fevral. Belqrad. "Belqrad Arena”.
Azərbaycan millisi növbəti turda Çexiya yığması ilə qarşılaşıb. Qrup mərhələsində son matçına çıxan yığmamız üçün bu qarşılaşma həlledici xarakter daşıyırdı. Belə ki, ilk oyunda İtaliyadan 3 cavabsız qol buraxan komandamızın taleyi böyük ölçüdə bu matçdan asılı idi. Komandamız 4 və ya daha çox top fərqi ilə qalib gəlsə, adını 1/4 finala yazdıracaqdı.

Olduqca gərgin məcrada keçən qarşılaşmada azarkeşlər 11 qol izləyiblər. Oyun ərzində dəfələrlə hesabda irəli keçən Faustino Peresin yetirmələri hər dəfə üstünlüyü qoruya bilmirdilər. Sona 15 saniyə qalmış Rafaelin vurduğu qol isə həlledici olub. 6:5 hesablı qələbə qazanan futzalçılarımız növbəti mərhələyə çıxmaq şansını saxlayıb. Belə ki, əgər qrupun son matçında Çexiya millisi İtaliya üzərində qələbə qazansa idi, növbəti mərhələyə bu iki komanda yollanacaqdı. İtaliyalıların qələbəsi və ya heç-heçəsi isə appenlilərin yoldaşı məhz yığmamız olacaqdı. Son turda İtaliya millisi böyük hesabla (7:0) qalib gələrək, millimizlə birlikdə növbəti mərhələyə vəsiqə qazanıblar. D qrupunda ikinci yerə çıxan Tino Perezin yetirmələri reqlamentə görə C qrupunun qalibi Rusiya millisi ilə qarşılaşacaq. Oyun fevralın 9-da, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Futzal üzrə Avropa çempionatının final mərhələsi
A qrupu
I tur
2 fevral
Serbiya - Sloveniya - 5:1
II tur
4 fevral
Sloveniya - Portuqaliya - 2:6
III tur
6 fevral
Portuqaliya - Serbiya - 1:3
O Q H M T X
1. Serbiya 2 2 0 0 8-2 6
2. Portuqaliya 2 1 0 1 7-5 3
3. Sloveniya 2 0 0 2 3-11 0
B qrupu
I tur
2 fevral
İspaniya - Macarıstan - 5:2
II tur
4 fevral
Macarıstan - Ukraniya - 3:6
III tur
6 fevral
Ukraniya - İspaniya - 1:4
O Q H M T X
1. İspaniya 2 2 0 0 9-3 6
2. Ukraniya 2 1 0 1 7-7 3
3. Macarıstan 2 0 0 2 5-11 0
C qrupu
I tur
3 fevral
Rusiya - Qazaxıstan - 2:1
II tur
5 fevral
Qazaxıstan - Xorvatiya - 4:2
III tur
7 fevral
Xorvatiya - Rusiya - 2:2
O Q H M T X
1. Rusiya 2 1 1 0 4-3 4
2. Qazaxıstan 2 1 0 1 5-4 3
3. Xorvatiya 2 0 1 1 4-6 1
D qrupu
I tur
3 fevral
İtaliya - Azərbaycan - 3:0
II tur
5 fevral
Azərbaycan - Çexiya - 6:5
III tur
7 fevral
Çexiya - İtaliya - 0:7
O Q H M T X
1. İtaliya 2 2 0 0 10-0 6
2. Azərbaycan 2 1 0 1 6-8 3
3. Çexiya 2 0 0 2 5-13 0
1/4 final mərhələsi
Serbiya - Ukrayna
Portuqaliya - İspaniya
Rusiya - Azərbaycan
Qazaxıstan - İtaliya