Paytaxtın kənd və qəsəbələrin 16 yaşından yuxarı həvəskar futbolçuları arasında qış və yaz birinciliyinin 4-cü və 5-ci turu keçirilib.
Olimpnews.az saytının məlumatına görə, turnirin 4-cü turunda "Qobustan” doğma azarkeşlər önündə "Gənclik” klubunu qəbul edib. Oyun meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb. 5-ci turda "Atəşgah” və "Ələt” komandaları üz-üzə gəliblər. Qonaqların üstünlüyü şəraitində keçən matç onların qələbəsi ilə başa çatıb - 1:4.
Digər matçda "Qobustan” evdə "Binə” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Oyunun taleyini bir qol həll edib. Yeganə qol meydan sahiblərinihesabına yazılıb. Nəticədə, Qobustan təmsilçisi turnirdəki 5-ci oyunda da 3 xal qazanıb.
Qeyd edək ki, AFFA, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Kəndlər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə 7 komanda qalib adı uğrunda mübarizə aparır.
3 fevral
"Qobustan” - "Gənclik” - 5:2
7 fevral
"Atəşgah” - "Ələt” - 1:4
"Qobustan” - "Binə” - 1:0
Bombardirlər
1.Ramil Rəhimov ("Binə”) 9 qol
2. Şamxal Məlikov ("Qobustan”) 7 qol