Braziliya hökuməti İspaniyanın "Barselona” klubunun futbolçusu Neymar və onun meneceri olan atasını ittiham edib. Olimpnews.az saytının məlumatına görə, ittiham saxta sənədlərin hazırlanması və vergilərin ödənilməməsi ilə bağlıdır.
Yerli prokurorluqdan bildirilib ki, qanunsuzluq 2006-cı ildən 2013-cü ilə qədər olan dövrü əhatə edir 23 yaşlı hücumçunun Braziliya "Santos”undan "Barselona”ya keçidi zamanı qanun pozuntusuna yol verilib.
Qeyd edək ki, Neymar bu məsələ ilə bağlı fevralın 2-də Madriddə İspaniya Milli Məhkəməsində ifadə verib.