Futzal üzrə Avropa çempionatının final mərhələsində 1/4 finalın daha bir oyunu keçirilib. Olimpnews.az saytının məlumatına görə, yarımfinala vəsiqə uğrunda mübarizə aparan Azərbaycan millisi Rusiya komandası ilə üz-üzə gəlib.
İlk hissəsi maraqlı mübarizə şəraitində keçən qarşılaşmada hesabı ruslar açıb. Az sonra millmiz hesabı bərabərləşdirib. Ancaq fasiləyə qədər daha bir dəfə fərqlənən şimal qonşularımız hissəni hesabda öndə bitirib.
İkinci hissə isə millimiz üçün uğursuz olub. Daha dörd dəfə Rövşən Hüseynovu məyus edən ruslara sadəcə bir qolla qarşılıq verən Tino Perezin yetirmələri qarşılaşmadan 2:6 hesablı məğlubiyyətlə ayrılıb.
Bununla da milli komandamız Avropa çempionatındakı çıxışını başa vurub.
Futzal üzrə Avropa çempionatının final mərhələsi
1/4 final mərhələsi
Rusiya – Azərbaycan - 6:2
Qollar: Abramov, 7, 26, Romulo, 15, Eder Lima, 25, 39, 40 - Avqusto, 8, 28
Rusiya: 12. Qustavo, 18. Daniel Davidov, 3. Nikolay Pereverzev, 8. Eder Lima, 10. Robinyo
Ehtiyat oyunçular: 1. Sergey Vikulov, 2. Vladislav Şayaxmedov, 5. Sergey Sergeyev, 7. Daniel Kutuzov, 14. İvan Milovanov, 15. Romulo, 4. Dmitri Lıskov, 9. Sergey Abramov, 17. Renat Şakirov
Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo, 15. Rafael, 9. Auqusto, 10. Amedeu
Ehtiyat oyunçular: 19. Elnur Zamanov, 3. Zeynal Zeynalov, 8. Rizvan Fərzəliyev (k), 2. Samir Həmzəyev, 4. Ramiz Çovdarov, 5. Fine de Arauyo, 14. Vitali Borisov, 16. Xətai Bağırov, 18. Sergey Çuykov
9 fevral. Belqrad. "Belqrad Arena”