Neymarın tatu sirləri

Neymarın tatu sirləri
"Barselona”nın ulduz oyunçusu Neymar bədənində olan tatularının sirlərini açıqlayıb. Olimpnews.az saytının məlumatına görə, Braziliyalı ulduzun tatu sevgisi hər kəsə məlumdur. Maraqlıdır ki, ulduz futbolçu tatu kolleksiyasına yenilərini əlavə edir. Neymar döymələrinin özü üçün önəmli mənalarını açıqlayıb:

1. Ayağının arxasındakı tatu
"Boldness and joy” ("Cəsarət və sevinc”) sözləri yazılıb. Hər ayağında bir söz var. Neymar ən çox bu döyməsinə önəm verir.

2. Sağ qol əzələsindəki tatu
Oğlu Davi Luccanın adı və doğum günü (24.08.2011) yazılıb.

3. Sinəsindəki tatu
Burada bir dua yazılıb. Neymar matça çıxmadan əvvəl mütləq bu duanı edir. 23 yaşlı futbolçunun dediyinə görə, bu dua atasına duyduğu sevgi və hörməti ifadə edir.

4. Boynundakı tatu
Futbolçunun boynunda "Həyat bir zarafatdır” sözləri yazılıb. Neymara görə bu tatu onun xarakterini, özünü anladır: "Həyatı çox ciddi qəbul etməməyimi, həyatın kefini çıxartmaq lazım olduğunu göstərir”.

5. Sol qolundakı tatu
"Hər şey keçər” yazılı döymə ilə bağlı Neymar belə deyib: "Bu tatu da mənim üçün çox mənalıdır. Mənə yaşadığım hər anın dadını mənalı olduğunu xatırladır”.

6. Sol qolunda, ortadakı tatu
Yumruq tutmuş əllə yanaşı, "Hekayəmin bir hissəsi ol” yazısı var. Neymar bu döyməni 3 yoldaşı ilə birlikdə etdirib. Onlar eyni formalı döyməni seçib. Ancaq bir birinin qolunda fərqli sözlər yazılıb.

7. Sol qolunda ən aşağıdakı tatu
Dua edən iki əl və altında da "İnanc” sözü yazılıb. Neymar bu tatusu ilə bağlı belə deyib: "Bu döymə mənim inancımla əlaqədar çox şey ifadə edir”.

8. Barmağındakı tatu
Bu, bir kraliça tacıdır. Neymar bu tatunu evləndiyi zaman döydürüb.

9. Sol əlindəki tatu
"Sevgi”’ sözü yazılıb. "Bu döyməmi həqiqətən çox sevirəm. Sevgim anam da, atamda da var”, - deyə "sambaçu” bildirib.