"Sambaçı" kimə minnətdardır?

"Sambaçı" kimə minnətdardır?



Çempionlar Liqasında "Çelsi"nin yoluna davam etməsi hardasa David Vilyanın adı ilə bağlıdır. Braziliyalı yarımmüdafiəçi turnirin qrup mərhələsində yerinə yetirdiyi 5 cərimə zərbəsindən 4-də qol vurub.
"Sambaçı" peşəkar karyerasında Bekhem və Ronaldinyodan çox şey öyrəndiyini bildirib.
"Komanda üçün əlimdən gələni etməyə çalışıram. Arxayınlaşmaq olmaz. İnkişaf etmək və daha yaxşı oynamaq istəyirəm. Cərimə zərbələrini vurmağı öyrənmək üçün məşq etmək lazımdır. Gündə qapıya 4-5 zərbə endirmək yaxşıdır. Bu, oyunda çox kömək edir. Zamanı yetişəndə konsentrasiya olunmaq, qapıçını izləmək, duruşuna baxmaq çox vacibdir. Cərimə zərbələrini ustalıqla yerinə yetirən bir neçə oyunçunu izləmişəm. Ronaldinyo və Devid Bekhemdən zəruri şeylər öyrənməyə çalışmışam".
Vilyan "Çelsi"nin kapitanı Con Terrinin mövsümün sonunda London klubundan ayrılmasını da şərh edib.
"Terri komandada qalmaq istəyir. Belə görünür ki, bu istəyi baş tutmayacaq. Təəssüf ki, klub onunla müqaviləni yeniləmədi. Ona uğur arzulamaq qalır. Şübhəsiz, Con tarixdə "Çelsi"nin ən böyük futbolçularından biri kimi qalacaq.