"Real"ın baş məşqçisi Zinəddin Zidan İspaniya Kubokunun finalının "Santiago Bernabeu"da keçirilməsinə münasibət bildirib
Fransalı mütəxəssis bunun əleyhinə olmadığını vurğulayıb.
"Hər şeydən əvvəl bu sual klub rəhbərliyinin səlahiyyətindədir. Mənisə komandanın "Atletiko" ilə oyunu narahat edir. Öz komandam haqqında danışmaq istəyirəm. Ümumi götürəndə "Barselona"nın bizim stadionda finalda oynamasına qarşı deyiləm. Bu oyuna baxacam. Çünki yaxşı futbolu sevirəm. Kimin qələbə qazanmasının mənə fərqi yoxdur. Digər tərəfdən, başa düşürəm ki, "Real" azarkeşləri niyə "Barsa"nın öz stadionunda qələbəsini görmək istəmirlər. Güman edirəm ki, katalonlu azarkeşlər də "Real"ın "Camp Nou"da kubok qazanmasını görmək istəməzlər".
Qeyd edək ki, İspaniya Kubokunun finalı "Sevilla" və "Barselona" arasında keçiriləcək. Bu matçın hansı stadionda baş tutacağı hələ ki məlum deyil.