İslam dünyasının müqəddəs şəhəri olan Məkkədə "Barselona"nın forvardı Neymarın da şəkli olduğu reklam lövhələri yığışdırılıb.
Sportnews-in verdiyi xəbərə görə, bu barədə yerli "Meka" qəzeti məlumat verib.
Mənbənin xəbərinə görə, Braziliya millisinin futbolçusu McDonald's şirkətinin qidalarını reklam edib. Bu restoran şəbəkəsinin reklamı isə islam dəyərlərinə zidd olduğundan belə bir qərar qəbul edilib. Bundan başqa, şirkətə bundan sonra belə bir halın təkrarlanmaması üçün xəbərdarlıq da edilib.