"Barselona"nın türkiyəli ulduzu Arda Turanın sevgilisi Aslıhan Doğandan ayrıldığı xəbərləri yayılıb.
Türkiyə mətbuatının yazdığına görə, sevgililər döymə səbəbindən ayrılıblar. Aslıhan Ardanın doğum gününü qoluna tatu elətdirib və eyni şeyi Ardadan da istəyincə futbolçu bununla razılaşmayıb.
Tez-tez fotolarını sosial mediadakı profillərində paylaşan cütlür Valentin günündə özləri barəsində bir kəlmə də yazmayıblar. Aslıhanın uzun müddətdir İspaniyaya getməməsi də bu iddiaları təsdiqləyib.
Qeyd edək ki, cütlük iyunun 4-də toyları olacağını açıqlamışdı.