"Çelsi”dən ayrıldıqdan sonra işsiz qalan Joze Mourinyonun yeni klubu müəyyənləşib. Olimpnews.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis gələn mövsüm "Mançester Yunayted”in baş məşqçisi olacaq.
İngiltərə mətbuatının məlumatına görə, Mourinyo yaxın dostlarına "Mançester Yunayted”lə danışıqlar apardığını və razılıq əldə olunduğunu deyib. Ötən həftə onun "Qırmızı şeytanlar”la danışıqlara başlaması barədə xəbərlər yayılmışdı. Əvvəlcə bu məlumatın şaiyə olduğu bildirildi. Lakin Mourinyonun öz dilindən deyilən sözlər mətbuatda yer alan xəbərlərin doğru olduğünü təsdiqləyib.