Futbolçuları daşıyan avtobus aşdı

Futbolçuları daşıyan avtobus aşdı

Argentinanın "Urakan” klubunun futbolçularını aeroporta aparan avtobus qəza törədib. Olimpnews.az saytının məlumatına görə, yoldan çıxan avtobus aşıb. Hadisə Venesuelada baş verib. "Urakan” Libertadores Kubokunun seçmə mərhələsində "Karakas”la oynamaq üçün bu şəhərə gedirmiş. Əyləc sistemində problem yaranmış avtobusu saxlamaq istəyən sürücü çox çalışsa da, bunu bacarmayıb. Belə olan halda isə yoldan çıxan nəqliyyat vasitəsi aşıb.

İlkin məlumatlara görə, futbolçular arasında ciddi xəsarət alan yoxdur.