Qətər hökumətinin qəbul etdiyi qərarlara görə, 2022-ci ildə burada keçiriləcək dünya çempionatı zamanı alkoqollu içki qəbul edənlər cəzalanacaq.
Turnirin keçirildiyi müddətdə Qətərdə spirtli içkiyə meyilli azarkeşlər üçün xüsusi məhkəmələr fəaliyyət göstərəcək. Bu barədə dünya çempionatının Təşkilat Komitəsinin sədri Hassan Əl-Tavadi açıqlama verib: "DÇ-2010-da CAR-da bu işlə məşğul olan məhkəmələr yaradılmışdı. Biz artıq FİFA ilə Qətərdə də belə məhkəmələrin yaradılması haqda müzakirə aparmışıq. İctimai asayişi pozan hər kəslə hüquq-mühafizə orqanlarımız məşğul olacaq”, - deyə Təşkilat Komitəsinin sədri bildirib.
Xatırladaq ki, 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında sərxoşları cəzalandırmaq üçün 56 belə məhkəmə yaradılmışdı.
Onuda deyək ki, DÇ-2022-yə ev sahibliyi edəcək Qətərdə spirtli içkilərin aşkar istifadəsi, həmçinin başqa ölkədən gətirilməsi qanunla qadağandır.