Rövnəq Abdullayev namizədliyini irəli sürüb

Rövnəq Abdullayev namizədliyini irəli sürüb
AFFA-nın növbəti prezidenti vəzifəsinə namizədlərdən birinin adına aydınlıq gəlib. 

Olimpnews.az saytının məlumatına görə, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Rövnəq Abdullayev 2016-cı il mart ayının 11-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

Xatırladaq ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə isə 2012-ci ildə AFFA-nın prezidenti seçilib.