Totti karyerasını başa vurmaq niyyətindədir

Totti karyerasını başa vurmaq niyyətindədir



"Roma"nın canlı əfsanəsi Françesko Totti karyerasını başa vurmağı planlaşdırır.

Xarici mətbuatın yazdığına görə, buna 39 yaşlı futbolçunun cari mövsümdə meydançaya az çıxması səbəb olub.

Belə ki, cari mövsümdə cəmi 5 oyunda meydana çıxan Totti 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun karyerasını başa vurması ilə bağlı son qərarını mövsümün sonunda verəcəyi gözlənilir.