Xatirə turnirinin finalçıları bəlli oldu

Xatirə turnirinin finalçıları bəlli oldu

"Dalğa Arena” stadionunda məşhur futbolçu, "Şöhrət” ordenli Anatoli Banişevskinin 70 illik yubileyinə həsr olunmuş turnirə start verilib.

Olimpnews.az saytının məlumatına görə, əvvəlcə AFFA-nın Bakı kəndləri üzrə əlaqələndiricisi və BKFF-nın sədri Vaqif Davudov çıxış edərək, Anatoli Banişevski haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb: "Mərhum futbolçu 1993-1997-ci illərdə "Azəri” klubunda məsləhətçi kimi çalışıb. O, Bakının kənd və qəsəbələrində futbol üzrə keçirilən birinciliklərdə bizimlə daim bir yerdə olub”. Sonra söz Veteranlar İttifaqının sədri Rüstəm Rəhimova verilib. Keçmiş hakim də mərhum futbolçu haqqında ətraflı danışıb.
Çıxışlar başa çatdıqdan sonra keçici kubok turnirinin oyunlarına start verilib. Yarışda 8 komanda 2 qrupda mübarizə aparır. A qrupunda "Sabunçu”, "Qobustan”, "Sabirabad”, "Suraxanı” (Atəşgah); B qrupunda isə "Binə bələdiyəsi”, "Gənclik” (Buzovna), "Neftçi” və "Ələt” komandaları çempionluq uğrunda yarışırlar.
A qrupunda mübarizə aparan son çempion "Sabunçu” hər üç matçda rəqiblərini məğlub edərək, finala vəsiqə qazanıb. 2 dəfə qələbəyə sevinən "Sabirabad” klubu isə 3-cü yer uğrunda yarışacaq. B qrupunda lider olan "Binə bələdiyyəsi” komandası da bütün rəqiblərini məğlub edib. 3 oyuna 9 xal toplayan binəlilər finalda mübarizə aparacaqlar. Keçirilən 3 oyundan 2-də qələbə qazanan "Nefçi” klubu bürünc medallar üçün yarışacaq.

Qeyd edək ki, turnirdə ilk üç yeri tutan komandalara təşkilatçılar tərəfindən keçici kubok və medallar təqdim olunacaq. Bundan başqa, yarışın ən məhsuldar oyunçusuna və veteran futbolçusuna mükafatlar veriləcək.

Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş keçici kubok turniri

A qrupu: "Sabunçu”, "Qobustan”, "Sabirabad”, "Suraxanı” (Atəşgah)

I tur
17 fevral
"Sabunçu” - "Qobustan” - 4:3
"Sabirabad” - "Suraxanı” - 4:1

II tur
19 fevral
"Suraxanı” - "Sabunçu” - 0:7
"Qobustan” - "Sabirabad” - 1:3

III tur
22 fevral
"Sabunçu” - "Sabirabad” - 3:1
"Qobustan” - "Suraxanı” - 0:2

B qrupu: "Binə bələdiyyəsi”, "Gənclik” (Buzovna), "Neftçi” və "Ələt”

I tur
18 fevral
"Binə bələdiyyəsi” - "Gənclik” - 4:1
"Nefçi” - "Ələt” - 4:1

II tur
20 fevral
"Ələt” - "Binə bələdiyyəsi” - 2:5
"Gənclik” - "Nefçi” - 0:7

III tur
22 fevral
"Nefçi” - "Binə bələdiyyəsi” - 2:6
"Ələt” - "Gənclik” - 3:3

23 fevral
III yer uğrunda oyun
10:00. "Sabirabad” - "Neftçi”

Final
12:00. "Binə bələdiyyəsi” - "Sabunçu”