Əvvəli bu linkdə -
http://olimpnews.az/7700/get+D%C3%BCnyan%C4%B1n+%C9%99n+b%C3%B6y%C3%BCk+stadionlar%C4%B1#.Vswtj31974Y
Dünyanın ən böyük stadionundan söhbət düşəndə ilk növbədə "Marakana”nın adı çəkilirdi. Amma dövr dəyişdi, infrastruktur inkişaf etdi, yeni-yeni nəhəng arenalar tikildi. 200 minə yaxın tamaşaçı tutumuna malik olan "Marakana” özünün "nəhənglik” statusunu itirdi və indi heç "ilk iyirmilik”də belə, yer almır. Buna səbəb rekonstruksiyadan sonra arenanın tamaşaçı tutumunun 73531-ə qədər azaldılmasıdır.
Maraqlı olacağını nəzərə alaraq, Olimpnews.az saytı dünyanın ən böyük 25 stadionunu oxuculara təqdim edir. Bu siyahıda təkcə futbol yox, kriket arenaları da yer alıb.
18. "Kotton Boul”
Tutumu: 92100
1930-cu ildə tikilib və Texas (ABŞ) ştatına məxsus Dallas şəhərində yerləşir. "Kotton Boul” müxtəlif amerika futbolu komandalarına ev sahibliyi edib. 1994-cü ildə futbol üzrə dünya çempionatının bir neçə oyunu da burada keçirilib.
17. "Tayger stadionu”
Tutumu: 92542
1924-cü ildə Luizana (ABŞ) ştatının Baton-Ruj şəhərində tikilib. Luizana ştatının Amerika futbolu üzrə universitet komandasına məxsusdur.
16. "Senford stadionu”
Tutumu: 92746
Bu arena 1929-cu ildə ABŞ-ın Corciya ştatında tikilib. Burada yerli universiteti təmsil edən "Corciya buldoqları” ("Georgia Bulldogs”) Amerika futbolu komandası ev oyunlarını keçirir.
15. "Los-Anceles Memorial Kolizey”
Tutumu: 93607
1923-cü ildə tikilən arena iki dəfə Yay Olimpiya Oyunlarına (1932, 1984) ev sahibliyi edib. "Troyanlar” ləqəbini alan Cənubi Kaliforniyanın Amerika futbolu üzrə universitet komandası ev oyunlarını burada keçirir.
14. "Rouz Boul”
Tutumu: 94392
1922-ci ildə Kaliforniya ştatının Pasadena şəhərində tikilib. 1994-cü ildə keçirilən futbol üzrə dünya çempionatının bəzi oyunları, o cümlədən final qarşılaşması burada keçirilib.
13. "Sokker Siti”
Tutumu: 94736
Afrikanın ən böyük stadionu olan "Sokker Siti” 1989-cu ildə CAR-ın Yohannesburq şəhərində tikilib. 1996-cı ildə burada Afrika Millətlər Kubokunun finalı oynanılıb. 2010-cu ildə isə "Sokker Siti” futbol üzrə dünya çempionatının oyunlarını, həmçinin finalını qəbul edib. CAR millisi, eyni zamanda 11 qat ölkə çempionu "Kayzer Çifs” klubu burada oyunlarını keçirir.
12. "Nou Kamp”
Tutumu: 99786
"Barselona”nın ev oyunlarını keçirdiyi arena nəinki İspaniyanın, Avropanın da ən böyük futbol stadionu sayılır. 1957-ci ildə tikilən stadionda 1982-ci ildə futbol üzrə dünya çempionatı, 1992-ci ildə isə Olimpiya Oyunları keçirilib.
11. "Melburn Kriket Qraund”
Tutumu: 100024
Həm Avstraliyanın, həm də dünyanın ən böyük kriket arenasıdır. Burada yerli milli komandalar oynayır: həm kriket, həm də futbol üzrə. 1854-cü ildə inşa olunan qədim arena bir neçə dəfə təmirə bağlanıb.
10. "Darrel Royal”
Tutumu: 100119
1924-cü ildə Texas (ABŞ) ştatının Ostin şəhərində tikilən arena Amerika futbolu üzrə tanınmış məşqçi Darrel Royalın adını daşıyır. Hazırda yerli universitetin "Texas Longhorns” Amerika futbolu klubu ev oyunlarını burada keçirir.
9. "Bukit Calil”
Tutumu: 100200
Açılışı 1998-ci ildə Malayziyanın paytaxtı Kuala-Lumpurda tikilən arena Britaniyanın "Birlik kuboku” oyunları üçün inşa edilmişdi. Hazırda Malayziya millisi ev oyunlarını burada keçirir. Həmçinin burada Malayziya kubokunun finalı və Superkubok matçları da təşkil olunur.
Hazırladı:
Leyla Əsədova
(ardı var)