Messi dünyanın ən bahalı avtomobilində gəzir

Messi dünyanın ən bahalı avtomobilində gəzir

Argentinalı ulduz "Ferrari 335 S Spider Scaglietti” markalı antik avtomobil alıb. Olimpnews.az saytının məlumatına görə, 1957-ci il istehsalı olan yarış maşını Parisdə hərraca çıxarılıb. Messi avtomobil üçün ən yüksək məbləği təklif edib və 32 milyon avroya maşını almağa müvəffəq olub. Maraqlıdır ki, argentinalının yaşıl meydanlardakı ən böyük rəqibi Kriştianu Ronaldo da eyni hərracda iştirak edib.

Sözügedən bahalı "Ferrari” Messinin sahib olduğu üçüncü bahalı avtomobildir. Onun kolleksiyasında "Maserati GT Stradale” və "Audi R8 Spyder” avtomobilləri də var. Bu iki avtomobilin ümumi dəyəri 517 min avro təşkil edir.
Qeyd edək ki,Messinin hərracda aldığı avtomobillə ingiltərəli pilot Sterlinq Moss 1958-ci ildə Formula-1 yarışının Kuba Qran-prisinin qalibi olub.

Lionel Messinin avtomobil həvəskarı olduğu məlum məsələdir. Hərçənd meydanda olduğu kimi, bu sahədə də argentinalı futbolçunun əsas rəqibi Kristiano Ronaldodur.

Deyilənlərə görə, portuqaliyalı ulduzun qarajında 20-dən çox avtomobil var. Onların arasında nadir nümunələrə də rast gəlmək mümkündür. Amma Messi yeni aldığı "Ferrari 335 S Spider Scagletti”ni satmağa qərar versə, həmin pulla Ronaldonun avtoparkında olan maşınlardan üçünü ala bilər. Buna qədər Leonun aldığı ən bahalı maşın 400 min dollar dəyərində olub.

Messinin istifadəsində olan avtomobillər:

Lexus IS-F
Ferrari F430 Spider
Maserati Granturismo MC Stradale
Dodge Charger SRT8
Audi Q7
Audi R8
Audi R8 GT
Mini Cooper S cabriolet
Toyota Prius
Range Rover Vogue
Ferrari 335 S Spider Scagletti