Meydandan qovulduğu üçün hakimi güllələdi

Meydandan qovulduğu üçün hakimi güllələdi

Argentinanın Kordova şəhərində regional liqa matçlarından birində faciəvi hadisə baş verib.

Olimpnews.az saytının məlumatına görə, meydandan qovulan futbolçu bir neçə dəqiqə sonra baş hakimi güllələyib. 25 yaşlı idmançı 48 yaşlı referi Sezar Floresə 3 dəfə atəş açıb. Güllələr onun başına, boğazına və sinəsinə dəyib. Nəticədə, referi yerindəcə keçinib.

Hadisə zamanı Valter Sarate adlı futbolçuya da güllə dəyib. Amma onun həyatı təhlükədə deyil. Qətli törədən 25 yaşlı idmançı isə axtarışdadır.