“Barselona” klubundan 10 mininci qol

“Barselona” klubundan 10 mininci qol



Çempionlar Liqasının 1/8 final mərhələsinin "Arsenal” komandası ilə ilk oyunu (2:0) "Barselona” klubu üçün əlamətdar hadisə ilə yadda qalıb.
Qarşılaşmada Kataloniya təmsilçisi klub tarixinin 10 mininci rəsmi qolunu vurub. Qolun müəllifi "Arsenal”la görüşdə dubla imza atan Lionel Messi olub.
Qeyd edək ki, "Barselona” 10 min qolu 4 min 375 rəsmi matçda vurub. Bu isə hər oyunda 2.28 qol deməkdir.