Deputatlar da işə qarışdı

Deputatlar da işə qarışdı

İspaniyanı Avropa Parlamentində təmsil edən deputatlar Qaret Beylin "Real”a keçidinin araşdırılmasını tələb edirlər. Olimpnews.az saytının məlumatına görə, deputatlar Daniel Dalton, Sander Lones və Ramon Tremos hesab edirlər ki, Qaret Beylin transferi zamanı vergi ödəyicilərinin pulundan istifadə edilib.

Kataloniyanı təmsil edən deputatların iddiasına görə, Beylin transferi zamanı "Bankia” bankının vəsaitindən yararlanılıb. Bu bankın isə maliyyə problemləri olub və həmin problemlər ictimai fondların vəsaiti hesabına həll olunub.

Onlar hesab edirlər ki, Beyl məsələsində "Real” vergi ödəyicilərinin pulundan istifadə edib və rəqabət mühitini pozub.

Beyl "Real”a 2013-cü ildə 101 milyon avro qarşılığında "Tottenhem”dən keçib.