Tofiq Bəhramov adına Respublika Stadionu təmirə bağlanıb. Olimpnews.az saytının məlumatına görə, buna səbəb arenanın yararsız vəziyyətdə olmasıdır.
Belə ki, ot örtüyü istifadəyə yararsız olduğu və gələcək avrokubok matçlarının yüksək səviyyədə keçirilməsi üçün stadion təmirə dayanıb.
Bununla əlaqədar olaraq, "Qarabağ” klubunun əvəzedici heyəti ev oyunlarını Zirə Olimpiya Kompleksində keçirəcək.