"İnter"dən sensasiyalı məğlubiyyət, "Böyük oyunda" 5 qol və "Qarabağ”dan asan qələbə

"İnter"dən sensasiyalı məğlubiyyət, "Böyük oyunda" 5 qol və "Qarabağ”dan asan qələbə

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Olimpnews.az saytının məlumatına görə, bir gün ərzində 4 qarşılaşma təşkil olunub.

Mərhələyə Lənkəranda start verilib. Əzəli komandalar - "Xəzər Lənkəran” və "Neftçi” münasibətlərinə aydınlıq gətiriblər. Matç gözlənildiyi kimi gərginliyi ilə yadda qalıb. 5 qolun vurulduğu qarşılaşma meydan sahiblərinin 3:2 hesabı ilə qələbə qazanıblar. Buna baxmayaraq, qonaqların növbəti mərhələ şansları qalmaqdadır.
Növbəti matçda "Qarabağ” "Sumqayıt” klubunu qəbul edib. Ağdamlılar "gənclər şəhəri” ilə matçda qələbə qazanıblar - 2:0.

Mərhələnin mərkəzi qarşılaşması Zirə qəsəbəsində təşkil olunub. "Zirə" "Qəbələ" klubunu sınağa çəkib. Ölkə çempionatında mükafatlar uğrunda mübarizə aparan iki komandanın kubokda da rəqib olması matçın gərginliyini daha da artırırdı. Roman Qriqorçukun yetirmələri səfərdən 1:2 hesablı qələbə ilə ayrılıblar.

Paytaxt derbisində isə sürpriz nəticə qeydə alınıb. "Rəvan” "İnter” klubunu məğlub edib. Matçda hesabı "bankçılar" açsalar da, sonradan özündə güc tapan Bəhmən Həsənovun yetirmələri iki dəfə fərqlənərək əzmkar qələbə qazanıblar.

Azərbaycan kuboku
1/4 final mərhələsi, ilk oyunlar
2 mart

"Rəvan” – "İnter” - 2:1
Qollar: Nuran Qurbanov, 61, Ramazan Abbasov, 81 - Meza Kolli, 56
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. "Bayıl Arena” stadionu

"Zirə” – "Qəbələ” - 1:2
Qollar: Bonilla, 77 - Qay, 75, Dodo, 84
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. Zirə İdman Kompleksinin stadionu

"Xəzər Lənkəran” – "Neftçi” - 3:2
Qollar: Vaquf Güləliyev, 17; Tural Qürbətov, 19; İbrahim Qədirzadə, 52 - Ruslan Qurbanov, 22; Fəhmin Muradbəyli, 39
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əli Hüseynov
Lənkəran. "Xəzər Lənkəran” mərkəzi stadionu

"Qarabağ” – "Sumqayıt” - 2:0
Qollar: Riçard Almeyda, 52 (pen.); Mahir Mədətov, 86
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Asim Xudiyev
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu