Elxan Məmmədov: "Regionlarda azarkeşlərin oyunlara daha çox gəlməsi bizə bir mesajdır"

Elxan Məmmədov: "Regionlarda azarkeşlərin oyunlara daha çox gəlməsi bizə bir mesajdır"

"Azərbaycan Premyer Liqasındakı 10 komandadan 6-nın Bakıda məskunlaşması bizi narahat edir". Olimpnews.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov Hesabat-Seçki konfransındakı çıxışında deyib.

O, bölgə komandalarına daha diqqətlə yanaşılmasının vacibliyini vurğulayıb: "Regionlarda azarkeşlərin oyunlara daha çox gəlməsi bizə bir mesajdır. Biz bölgə komandalarına diqqəti artırmalıyıq".

Elxan Məmmədov 2009-cu ildə AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi "Hər klubun öz stadionu olmalıdır" qərarının müsbət nəticə verdiyini vurğulayıb.