​Rövnəq Abdullayev yenidən AFFA-nın prezidenti seçilib

​Rövnəq Abdullayev yenidən AFFA-nın prezidenti seçilib
Bu gün AFFA-nın Hesabat-Seçki konfransında qurumun prezidenti seçilib. Olimpnews.az saytının məlumatına görə, açıq səsvermə yolu ilə hazırkı prezident Rövnəq Abdullayev yekdilliklə növbəti 4 il müddətinə federasiyaya rəhbərlik edəcək.

Rövnəq Abdullayev prezident vəzifəsinə yeganə namizəd olub.

Yeni seçilmiş federasiya prezidenti ona etimad göstərənlərə minnətdarlığını bildirib: "Çalışacağam ki, bu etimadı doğruldum. Azərbaycanlı futbolsevərlərin istədiyi şəkildə futbolu inkişaf etdirməyə çalışacağıq. Əsas məqsədimiz EURO-2020-də Azərbaycan millisinin iştirakını təmin etməkdir".

Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidenti vəzifəsində çalışır. AFFA prezidentliyinə seçkilər hər dörd ildən bir keçirilir.