"Antalyaspor" klubunun prezidenti Gültəkin Səncər Eden Hazard, İniesta, Neymar, Messi, Suarez başda olmaqla dünya futbol ulduzlarından 15 nəfərinin Antalyaya gələcəyini açıqlayıb.
Olimpnews.az saytının məlumatına görə, məşhur futbol ulduzlarının Türkiyəyə gəlməsinə səbəb Samuel Eto O-ya aid xeyriyyə cəmiyyətinin yaranmasının 10-cu ilini qeyd etmək üçün yoldaşlıq görüşünün təşkil edilməsidir.
Gözlənildiyinə görə, yoldaşlıq görüşü avqustun 15-17-də təşkil ediləcək.