UEFA Bakıya gələcək hakimlərin adlarını açıqlayıb

UEFA Bakıya gələcək hakimlərin adlarını açıqlayıb

Mayın 5-dən 21-dək Azərbaycanda keçiriləcək 17 yaşınadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin qarşılaşmalarını idarə edəcək hakimlərin siyahısı açıqlanıb.

Olimpnews.az saytının məlumatına görə, turnirdə 8 baş hakim və 12 yan xətt hakimi ilə yanaşı, 4 ehtiyat hakimi də iştirak edəcək.

UEFA azərbaycanlı referilərinə yalnız dördüncü hakim missiyasını həvalə edib. İki həmyerlimiz – Əliyar Ağayevlə Orxan Məmmədov bu siyahıda yer alıb. Üç FİFA referimizdən yalnız Rəhim Həsənov kənarda qalıb.

Baş hakimlər: Fran Yoviç (Xorvatiya), Petr Ardeleanu (Çexiya), Ville Nevalaynen (Finlandiya), Qunnar Yarl Yonsson (İslandiya), Sveyn Erik Edvartsen (Norveç), Bartoş Frankovski (Polşa), Peter Kraloviç (Slovakiya), Mitya Jqaneç (Sloveniya);

Yan xətt hakimləri: Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr), Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları), Levan Varamişvili (Gürcüstan), Lazaros Dimitriadis (Yunanıstan), Balaj Buzas (Macarıstan), Emmett Dinan (İrlandiya), Vasili Ermişin (Moldova), Edvard Spiteri (Malta), Alen Heyniger (İsveçrə), Ceyhun Sesigüzel (Türkiyə);

Dördüncü hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov (hər ikisi Azərbaycan), Sergeyus Sliva (Litva), Alen Duro (Lüksemburq).