Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı müəyyənləşib.
Olimpnews.az saytının məlumatına görə, yarımfinalın hər iki görüşü mayın 4-də oynanılacaq. Premyer Liqada çempionluğunu bayram edən "Qarabağ” "İnter”i Abşeronun Masazır qəsəbəsindəki "Əlincə” stadionunda qəbul edəcək.
"Qarabağ”ın "Əlincə” klubuna məxsus stadionda oynamasına səbəb Ağdam təmsilçisinin öz arenasında mayın 5-dən start götürəcək 17 yaşınadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin bəzi oyunlarının keçirilməsidir.