Topaz Premyer Liqanın 32-ci turu çərçivəsində "Sumqayıt"a qarşı matçda (2:2) sifətindən zədə alan İnter" klubunun futbolçusu Rauf Əliyevin son durumu aydınlıq gəlib.
Klubun mətbuat xidmətindən Olimpnews.az saytına verilən məlumata görə, həkim müayinəsi zamanı onun həyatı üçün təhlükə olmadığı müəyyən edilib. Ötən günü xəstəxanada keçirən Rauf Əliyev artıq evə buraxılıb. O, müalicəsini ambulator şəraitdə davam etdirəcək.
Xatırladaq ki, "Sumqayıt"la qarşılaşmada top uğrunda mübarizə zamanı qonaq komandanın futbolçusu topa zərbə endirmək istərkən, təpiyi meydan sahiblərinin hücumçusu Rauf Əliyevin sifətinə tuş gəlib. Zərbə o qədər güclü olub ki, "İnter Arena"da təcili yardım maşını birbaşa meydana daxil olub. Həkimlər dili qatlanan təcrübəli hücumçunu ayıltmağa müvəffəq olublar. R. Əliyev maşına mindirilərək xəstəxanaya göndərilib.