Millimiz final mərhələsində ilk oyununa çıxacaq

Millimiz final mərhələsində ilk oyununa çıxacaq

Bu gün Bakıda 17 yaşadək futbolçulardan ibarət komandaların iştirakı ilə Avropa çempionatının final mərhələsi başlayıb. Olimpnews.az saytının məlumatına görə, millimiz bu gün ilk oyununu keçirəcək.

Təmsilçimiz Portuqaliya yığması ilə üz-üzə gələcək. Oyun saat 20:00-da başlayacaq.

Belçika – Şotlandiya
Saat 19:00. 8-ci KM stadionu
Baş hakim: Peter Kraloviç (Slovakiya)
Baş hakimin köməkçiləri: Levan Varamişvili (Gürcüstan), Lazaros Dimitriadis (Yunanıstan)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Ludovico Micallef (Malta)
Hakim inspektor: Nikolay Levnikov (Rusiya)

Azərbaycan – Portuqaliya
Saat 20:00. Bakı Olimpiya Stadionu
Baş hakim: Bartosz Frankovski (Polşa)
Baş hakimin köməkçiləri: Balazs Buzas (Macarıstan), Vasili Erminsçin (Moldova)
Dördüncü hakim: Sergeyus Slyva (Litva)
UEFA nümayəndəsi: Rudolf Zavrl (Sloveniya)
Hakim inspektor: Marc Batta (Fransa)