Mayın 5-də 17 yaşınadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə start verilib. Olimpnews.az sayıtnın məlumatına görə, A qrupunun komandaları I turun oyunlarına çıxıblar.
A qrupunun ilk oyunu 8-ci km qəsəbə stadionunda olub. Azərbaycan yığmasının rəqibləri Belçika ilə Şotlandiya qarşılaşıblar. Gözlənildiyi kimi qarşılaşma Belçikanın qələbəsi ilə yekunlaşıb - 2:0.
Günün son qarşılaşması Bakı Olimpiya Stadionuna təsadüf edib. Açılış mərasiminin ardınca yığmamız meydana çıxıb. Komandamız Bakıya medal iddiası ilə gələn Portuqaliya millisinə böyük hesabla uduzub - 0:5.
U-17-lər arasında AÇ-2016-nın final mərhələsi
Qrup mərhələsi
I tur
A qrupu
Azərbaycan – Portuqaliya - 0:5
Qollar: Joze Qomes, 4, 16, Elçin Əsədov, 24 (öz qapısına), Migel, 44, Fernandes, 76
Hakimlər: Bartoş Frankovski (Polşa), Balaj Buzas (Macarıstan), Vasili Ermişin (Moldova), Sergeyus Sliva (Litva)
Bakı Olimpiya Stadionu
Belçika – Şotlandiya - 2:0
Qol: Korrin, 45, Openda, 60
Hakimlər: Peter Kraloviç (Slovakiya), Levan Varamişvili (Gürcüstan), Lazaros Dimitriadis (Yunanıstan), Orxan Məmmədov (Azərbaycan)
8-ci km qəsəbə stadionu