Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Olimpnews.az saytının məlumatına görə, yığıncaqda ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları və Azərbaycan Premyer Liqasının XXXIII turunda baş verən hadisələr müzakirə olunub. Nəticədə komitə iki komandanı cəzalandırıb.
Kubok matçından sonra "Qəbələ” və "Neftçi” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə komandalar min manat cərimə olunub. "Qəbələ” azarkeşləri tərəfindən 13-cü dəqiqədə meydançaya kənar əşyalar atıldığı üçün klub daha iki min manat ödəyəcək.
Çempionatın "Zirə”–"Qəbələ” matçında qonaqların altı futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat ziyana düşüb.