"Qarabağ” və "Neftçi” klublarının iştirakı ilə keçiriləcək Azərbaycan Kubokunun final görüşünün yeri müəyyənləşdi.
Olimpnews.az saytının məlumatına görə, kubok uğrunda həlledici qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. 25 mayda keçiriləcək görüşdə nominal meydan sahibi "Qarabağ” olacaq.
Qeyd edək ki, final görüşünün başlama vaxtı hələ dəqiqləşməyib.