FİFA-nın prezidenti Canni İnfantino Topaz Premyer Liqasının qalibini təbrik edib.
Olimpnews.az saytının məlumatına görə, beynəlxalq futbol qurumunun prezidenti AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda "Qarabağ" klubuna təbriklərini çatdırıb.
İnfantino dünya futbol ailəsi adından Ağdam təmsilçisini Topaz Premyer Liqasının 2015/2016-cı illər mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması və gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.