Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb. Olimpnews.az saytının məlumatına görə, həmyerlimiz 19 yaşınadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində iştirak edəcək.
O, iyulun 11-dən 24-dək Almaniyada keçiriləcək turnirdə ədaləti qoruyacaq.
Qeyd edək ki, Ə. Ağayev hazırda Bakıda keçirilən 17 yaşınadək futbolçulardan ibarət komandaların Avropa çempionatında da hakim kimi iştirak edir.