“Dinamo” baş məşqçisindən ayrıldı

“Dinamo” baş məşqçisindən ayrıldı



Rusiyanın "Dinamo" klubu baş məşqçisi Andrey Kobelevlə yollarını ayırıb.
Buna komandanın cari mövsümdə uğursuz çıxışı səbəb olub.
Komandanın turnir cədvəlindəki mövqeyindən narazı qalan rəhbərlik Kobelevlə yolları ayırmaq qərarına gəlib. Baş məşqçi vəzifəsinə əvəzedici komandanın çalışdırıcısı Sergey Çikişev gətirilib.
Qeyd edək ki, Moskva təmsilçisi geridə qalan 27 turdan sonra 25 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.