Millimiz Avropa çempionatını qələbə ilə başa vurdu

Millimiz Avropa çempionatını qələbə ilə başa vurdu

Mayın 11-də 17 yaşınadək futbolçular arasında Avropa çempionatının final mərhələsində III tura start verilib. Olimpnews.az saytının məlumatına görə, A qrupunda çıxış edən komandalar ilkin mərhələdəki son oyunlarına çıxıblar.

Milli komandamız son turda Şotlandiya yığması ilə münasibətlərinə aydınlıq gətirib. İlk oyunda portuqaliyalılara böyük hesabla uduzan (0:5) və belçikalılarla qollu heç-heçə edən (1:1) millimizin növbəti mərhələ şansları qalmışdı. Lakin möcüzə reallaşmayıb. Bununla belə, yığmamız turnirə qələbə ilə "əlvida" deyib. Komandamız Şotlandiya yığmasını Fərid Nəbiyevin son dəqiqələrdə vurduğu qolla məğlub edib. Ancaq bu nəticə millimizin növbəti mərhələyə çıxması üçün yetərli olmayıb.

Qrupumuzdakı digər oyunda isə Portuqaliya ilə Belçika komandaları qarşılaşıblar. Matçda 0:0 hesablı heç-heçə qeydə alınıb. Nəticədə, Portuqaliya millisi qrup birincisi, Belçika yığması isə qrup ikincisi kimi adını növbəti mərhələyə yazdırıblar.

17 yaşlılar arasında Avropa çempionatı
III tur
A qrupu
Şotlandiya - Azərbaycan - 0:1
Qol: Fərid Nəbiyev, 79.
11 may. Bakı. 8-ci km qəsəbə stadionu.

Portuqaliya - Belçika - 0:0
11 may. Bakı. "Dalğa Arena” stadionu.

                        O    Q   H   M   T      X
1. Portuqaliya    3     2   1    0    7-0   7
2. Belçika          3     1   2    0    3-1   5
3. Azərbaycan   3     1   1    1    2-6   4
4. Şotlandiya     3     0    0    3    0-5   0