AFFA prezidenti və nazir yığmamızla görüşüb

AFFA prezidenti və nazir yığmamızla görüşüb

AFFA-nın prezidenti Rövnəq Abdullayev və gənclər və idman naziri Azad Rəhimov 17 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığması ilə görüşüb. Olimpnews.az saytının məlumatına görə, onlar millimizin UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirində Şotlandiya komandasına 1:0 hesabı ilə qalib gəldiyi oyundan sonra paltardəyişmə otağında milli üzvləri ilə görüşüblər.

R. Abdullayev və A. Rəhimov qələbə münasibətilə futbolçularımızı təbrik edib. Onlar ilk oyundakı böyükhesablı məğlubiyyətdən sonra özündə güc taparaq əzmkar mübarizə aparan, psixloji çətinliklərin öhdəsindən uğurla gələrək növbəti oyunlarda bir heç-heçə və bir qələbə əldə edən yığmamıza təşəkkür edib, gələcək turnirlərdə uğurlar arzulayıblar.