U-17 Avropa çempionatı: növbəti mərhələnin hakimləri bəlli oldu

U-17 Avropa çempionatı: növbəti mərhələnin hakimləri bəlli oldu

Azərbaycanda keçirilən 17 yaşınadək futbolçular arasında Avropa çempionatında daha iki təyinat açıqlanıb. Olimpnews.az saytının məlumatına görə, 1/4 final mərhələsinin ikinci oyun günündə keçiriləcək 2 görüşü idarə edəcək hakimlər müəyyənləşib.

Mayın 15-də ilk olaraq meydana çıxacaq İspaniya ilə İngiltərə yığmalarının duelində norveçli Sveyn-Erik Edvartsen ədalət təmsilçisi olacaq. Onun işinə azərbaycanlı hakim-inspektor Asim Xudiyev qiymət verəcək.
İsveç – Hollandiya qarşılaşmasını isə Finlandiya təmsilçisi Ville Nevalaynen idarə edəcək.

Qrup mərhələsinin hər turunda 4-cü hakim funksiyasını yerinə yetirən təmsilçilərimiz Əliyar Ağayev və Orxan Məmmədov bu dəfə təyinat almayıblar. Maraqlıdı ki, 1/4 final mərhələsinin sabah baş tutacaq qarşılaşmalarında da onların xidmətinə ehtiyac duyulmayıb.

17 yaşınadək futbolçular arasında Avropa çempionatının final mərhələsi
1/4 final mərhələsi
15 may
16:00. İspaniya – İngiltərə
Baş hakim: Sveyn-Erik Edvartsen (Norveç)
Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel (Türkiyə), Levan Varamişvili (Gürcüstan)
Dördüncü hakim: Mitya Zqaneç (Sloveniya)
UEFA nümayəndəsi: Lüdoviko Mikallef (Malta)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
8-ci km qəsəbə stadionu

20:00. İsveç – Hollandiya
Baş hakim: Ville Nevalaynen (Finlandiya)
Baş hakimin köməkçiləri: Emmet Dinan (İrlandiya), Edvard Spiteri (Malta)
Dördüncü hakim: Bartoş Frankovski (Polşa)
UEFA nümayəndəsi: Rudolf Zavrl (Sloveniya)
8-ci km qəsəbə stadionu