Premyer Liqa 1 gün tez başa çatacaq

Premyer Liqa 1 gün tez başa çatacaq

Topaz Premyer Liqasının sonuncu – 36-cı turunun oyun cədvəlində dəyişiklik edilib. Olimpnews.az saytının məlumatına görə, turun görüşləri əvvəlcədən nəzərdə tutulduğu kimi, mayın 21-də deyil, bundan bir gün öncə reallaşacaq.

Buna səbəb yarışı mükafatçılar sırasında bitirmiş komandalara medalların təqdim olunacağıdır. Eyni zamanda, 21 mayda 17 yaşlı futbolçulardan ibarət milli komandalar arasında Bakıda keçirilən Avropa çempionatının final görüşü baş tutacağından Premyer Liqa görüşlərinin vaxtının dəyişdirilməsi məqsədəuyğun hesab olunub.