İspaniya La Liqasında 2015-2016-cı il mövsümünün qalibi son turda müəyyənləşib.
"Barselona” klubu səfər oyununda "Qranada”ya 3:0 hesabı ilə qalib gələrək İspaniya çempionu olub. Bu, kataloniyalıların La Liqada ardıcıl olaraq 2-ci, ümumilikdə isə 24-cü qələbəsidir. Rəqib qapısından hər üç qolu Luis Suares keçirib (22, 38 və 86-cı dəqiqə).
"Deportivo”nu 2:0 hesabı ilə məğlub edən "Real” isə çempionatı ikinci pillədə başa vurub. Hesabında 90 xal olan Madrid klubu əzəli rəqibindən cəmi bir xal geri qalıb. Bu oyundakı hər iki qol Kriştianu Ronaldonun hesabına yazılıb (7 və 25-ci dəqiqə).